Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox artıb.
Modern.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 403 263 nəfər yeni koronavirusa yoluxub, 12 120 nəfər isə vəfat edib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin isə 2 244 713 nəfərə çatıb.
Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.