Modern.az

Avropada daha bir vaksinin sınağına başlanıldı

Avropada daha bir vaksinin sınağına başlanıldı

4 Fevral 2021, 00:42

Avropa Dərman Agentliyi “Novavax” şirkəti tərəfindən istehsal edilən yeni koronavirus vaksini ilə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, agentlikdən “NVX-CoV2373” adlı vaksinin ilkin qiymətləndirməsinin laboratoriya nəticələri və yetkinlik yaşına çatmış şəxslər üzərində aparılan analizlərdən sonra başlanıldığı bildirilib.

 

Mərkəzi ABŞ-da yerləşən “Novovax”ın insanlar üzərində sınaqlarına başlanılıb, Avropa Dərman Agentliyi bu sınaqlardan və kliniki təhlillərdən sonra məlumatları dəyərləndirəcək.

 

Qeyd edək ki, agentlik bundan öncə “BioNTech”, “Moderna” və “AstraZeneca” vaksinlərini dəyərləndirmədən keçirmişdi.

 

“Novovax” yanvarın sonunda İngiltərədə həyata keçirdiyi üçüncü faza çalışmalarında 90 faizədək müvəffəqiyyət göstərmişdi.

Avropa İttifaqı şirkətlə 200 milyon doz vaksin alışı haqqında ilkin danışıqlara başlamışdı, ancaq hələlik hər hansı bir müqavilə imzalanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza