Modern.az

Nazir iki rayona polis rəisi TƏYİN ETDİ

Nazir iki rayona polis rəisi TƏYİN ETDİ

4 Fevral 2021, 09:10

Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.

 

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

 

Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza