Modern.az

İsa bulağına yeni yol çəkiləcək 

İsa bulağına yeni yol çəkiləcək 

4 Fevral 2021, 15:40

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

O bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli - Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək:

 

"Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək".

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza