Modern.az

Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək

4 Fevral 2021, 15:58

Dövlət qulluğuna qəbul imtahanları Bakı ilə yanaşı, Gəncə şəhərində də keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  feysbuk səhifəsində yayımlanan "Müzakirə vaxtı" verilişində deyib.

 

Onun sözlərinə görə, bu, bir ilkdir. Çünki adətən dövlət qulluğuna qəbul imtahanları Bakıda baş tuturdu:

 

"Amma mart ayının 7-si keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanının test mərhələsi həm Bakıda, Gəncədə baş tutacaq. Ətraf rayonlardan kimə Gəncə yaxındırsa, o, Gəncədə imtahan verə biləcək. Bakı üzrə 2 000 yer, Gəncəyə isə 500 yer ayrılıb. Hələ ki, kifayət qədər yer var. Müraciət etmək istəyənlər qeydiyyatdan keçə bilərlər”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza