Türkiyə Azərbaycana 20 ədəd mexaniki mina təmizləyən maşın göndərib.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki mina təmizləyən maşın ) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir", - deyə qeyd olunub.