Modern.az

Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirildi - VİDEO

Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirildi - VİDEO

4 Fevral 2021, 23:32

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəmizə gətirilib.


Texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza