Modern.az

Lavrov amerikalı həmkarı ilə danışdı: "Konstruktiv dialoqa hazırıq"

Lavrov amerikalı həmkarı ilə danışdı:

Aktual

5 Fevral 2021, 00:49

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

 

"Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. O, həmsöhbətini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, nazir geniş spektr üzrə konstruktiv dialoqa hazırlığını ifadə edib", - xəbərdə deyilir.

 

Qeyd edilir ki, Xarici işlər nazirliklərinin rəhbərləri Rusiya və ABŞ prezidentləri arasındakı söhbətin beynəlxalq təhlükəsizlik və strateji sabitlik sahəsində vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək strateji hücum silahların məhdudlaşdırılması ilə bağlı müqavilənin beş il müddətinə uzadılması məmnuniyyətlə qarşılayıblar.

 

Bundan başqa, Rusiya və ABŞ rəsmilərinin telefon danışığında silahlanmalar üzərində nəzarətə də toxunulub.

 

Tərəflər həmçinin Ukraynada vəziyyəti və Suriyada və Liviyada münaqişələrin sülh yolla nizamlanmasına köməyi də müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza