Modern.az

Gəncədə mübahisə edən ər və arvad sirkə içdi

Gəncədə mübahisə edən ər və arvad sirkə içdi

Aktual

5 Fevral 2021, 01:00

Gəncədə ər və arvad sirkə turşusundan zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Sevil Qazıyeva küçəsində qeydə alınıb.

 

1996-cı il təvəllüdlü Səbuhi Zeynalov və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lalə Zeynalova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, onların arasında mübahisə düşüb. Ondan sonra hər iki şəxs sirkə turşusu içib.

 

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza