Modern.az

İcra başçısı arıçılıq mərkəzində elmi tədqiqat işləri ilə tanış olub

İcra başçısı arıçılıq mərkəzində elmi tədqiqat işləri ilə tanış olub

5 Fevral 2021, 15:16

Goranboy rayon icra Hakimiyyəti başçısı Elmi Tədqiqat İnstitutunun Fəxralı kəndində fəaliyyət göstərən Arıçılıq mərkəzində olub.

 

Modern.az xəbər verir ki, Goranboy rayon icra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Elmi Tədqiqat İnstitutunun Fəxralı kəndində fəaliyyət göstərən Arıçılıq mərkəzində aparılan elmi tədqiqat işləri ilə tanış olub.

 

Mərkəzin direktoru müəssisənin fəaliyyəti barədə icra başçısına geniş məlumat verib. Mərkəzin istifadəsində olan 83 hektar torpaq sahəsində becərilən tut bağlarına, arıçılıq üçün istifadə olunan lavanda plantasiyalarına və yeni istifadəyə verilən İstixana kompleksinə baxış keçirilib.

 

İcra Başçısı arıçılığın inkişafında milli genefonun qorunub saxlanılması və daha da geniş inkişafı ilə bağlı tövsiyyələrini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza