Modern.az

Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olundu

Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olundu

6 Fevral 2021, 08:23

Azərbaycan-Türkiyə Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub.

 

Modern.az-ın məlumatına görə, görüş zamanı Almaniyada Azərbaycan diasporunun durumu, görüləcək işlər, plan və perspektivlərlə bağlı müzakirələr aparılıb.

 

Ufuk Kamal Ufuk bundan sonra da Almaniyada Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların qorunması, brilik, həmrəylik naminə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Görüşdə həmçinin Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı Ufuk Kamal Ufuka təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza