Modern.az

Oğurluğa görə saxlanıldı, başqa cinayətləri də üzə çıxdı

Oğurluğa görə saxlanıldı, başqa cinayətləri də üzə çıxdı

6 Fevral 2021, 13:25

Bakıda oğurluq etdiyinə görə axtarışda olan saxlanılan şəxsin başqa cinayətləri də müəyyən edilib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

 

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Ramana qəsəbə sakini M.Qafarov saxlanılıb, Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mağazaların birindən pul, 1 600 manat dəyərində tütün məmulatı, neft məhsulları oğurlaması, eyni zamanda R.Hüseynova məxsus “ZİL” markalı avtomobili qaçırması da müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza