Modern.az

Bakıda daha bir yolda xüsusi hərəkət zolağı çəkildi - FOTO

Bakıda daha bir yolda xüsusi hərəkət zolağı çəkildi - FOTO

6 Fevral 2021, 14:10

Əhməd Rəcəbli küçəsində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.


Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub:

 

"Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni saat 17:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər. 

 

Məlumat üçün qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.

 

Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edirik".

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza