Modern.az

“Xudafərin körpüsünün təmirinə başlanıla bilər” - Hikmət Hacıyev

“Xudafərin körpüsünün təmirinə başlanıla bilər” - Hikmət Hacıyev

6 Fevral 2021, 17:20

İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan diplomatik korpus - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Xüdafərin körpüsündə olublar.

 

Modern.az xəbər verir ki, diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib.

 

Səfər çərçivəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.

 

O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir. 

 

“Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər”, - deyə H.Hacıyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza