Böyük Britaniyada ötən gün daha 18 262 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.
Modern.az "worldometers.info"ya istinadla xəbər verir ki, ölkədə son sutkada 828 nəfərin infeksiyadan ölümü qeydə alınıb.
Bununla da Britaniyada koronavirusa yoluxanların ümumi sayı 3 929 835 nəfərə, ölənlərin sayı isə 112 092-yə yüksəlib.
Qeyd edək ki, Böyük Britaniya dünyada COVİD-19-un ən çox yayıldığı beşinci ölkədir.
T.İSMAYIL