Modern.az

COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlandı

COVID-19-a yenidən yoluxmanın səbəbi açıqlandı

Aktual

7 Fevral 2021, 10:34

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa onlar eyni virusa yenidən yoluxa bilər.

 

Modern.az bildirir ki, bunu “RİA Novosti”yə tanınmış infeksionist Yevgeni Timakov söyləyib. O deyir ki, immunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür:

 

"İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil".

 

Timakov deyir ki, insanlar hər il xəstələnirlər və 3-4 ildən bir patogenin yaratdığı xəstəlik təkrarlanır.

 

Bundan əlavə, mütəxəssisin dediyinə görə, əgər bir insan peşəsi və ya müəyyən şərtlər üzündən xəstə insanlarla daim təmasda olarsa, onun yenidən yoluxmaq ehtimalı çoxdur.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza