Modern.az

Goranboyda aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirildi

Goranboyda aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirildi

7 Fevral 2021, 14:05

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Goranboy rayon Xanqərvənd kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.

 

Modern.az xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” və “Payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili” mövzularında təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.

 

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza