Modern.az

Bakı metrosunun açılma xəbəri TƏSDİQLƏNMİR

Bakı metrosunun açılma xəbəri TƏSDİQLƏNMİR

Aktual

7 Fevral 2021, 11:30

"Bakı Metropoliteni” QSC-də işçilərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.

Bu isə “Bakı Metropoliteni” stansiyalarının fevralın 15-dən sərnişinlərin üzünə aça bilmək ehtimalını gücləndirib.


Bəs bu ehtimal nə dərəcədə doğrudur?


Modern.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu haqda onlarda hər hansı məlumat yoxdur. O deyib ki,  qatarların hazır olması ilə yanaşı, işçi heyətinin də hazırlığı mütəmadi olaraq yoxlanılır.

Mətbuat katibi işçilərin əvəllər də təlimlərə cəlb olunduğunu xatırladaraq, metroya aid xəbərlərin tez-tez gündəmə gətirildiyini bununla əlaqələndirib.

"Metro avtobus nəqliyyatı deyil. Sərnişin daşındı-daşınmadı işçilər daim yoxlanışlara, təlimlərə, imtahanlara cəlb olunur" - deyən B.Məmmədov yeraltı nəqliyyat vasitəsinin açılması qərarının yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar metronun işə düşməsi peşəkar yanaşma tələb edir ki, bu da Operativ Qərargaha aid məsələdir. 


Xatırladaq ki, Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açıla bələcəyini mümkün saymışdı.

Çoxları hesab edir ki, orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edəcək.


Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.
 

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti ötən ildən koronavirus pandemiyası ilə əlqədar dayandırılıb.

Belə ki, 2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.
4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza