Modern.az

Komitə sədri yəhudi əsilli qazimizlə görüşdü

Komitə sədri yəhudi əsilli qazimizlə görüşdü

Aktual

7 Fevral 2021, 21:02

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsi qazisi, Bakı şəhər, Nəsimi rayon sakini David Eduardoviç Sadayevlə görüşüb.

 

Modern.az xəbər verir ki, millət vəkili onu tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz qazimiz, siz Azərbaycan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olmusuz, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmisiz. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görulmüs əfsanəvi tankçı Albert Aqarunovun vətəncanlılığı, peşəkarlığı 44 günlük müharibədə neçə-neçə yəhudi vətəndaşımız tərəfindən davam etdirildi, təkrarlandı. Siz də onlardan biri kimi döyüşlərdə iştirak etmisiz. Albertin ruhu bugün şaddır. Bütün şəhidlərimizə Tanrıdan rəhmət dəyirik.

Sıralarında döyüşdüyünüz qəhrəman Ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad edərək, hərb tarixinə yeni qızil səhifələr yazdı. 

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə  təbrik edirəm”!

 

Q.Paşayeva D.Sadiyevə Mədəniyyət komitəsi adından Təşəkkür və Təbrik Məktub təqdim edib.

 

D.Sadiyev səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza