Modern.az

Bu komandalar yarımfinalda qarşılaşacaq

Bu komandalar yarımfinalda qarşılaşacaq

Aktual

7 Fevral 2021, 21:15

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri dəqiqləşib.

 

Modern.az xəbər verir ki, 1/4 finalın son günündə ikinci cütün tərkibi bəlli olub.

 

Yarımfinalda azarkeşlər bir cütdə paytaxt derbisi izləyəcək. “Keşlə” final vəsiqə uğrunda görüşdə “Zirə” ilə qarşılaşacaq. Bu komandalar müvafiq olaraq “Kəpəz” (1:0, 2:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, aprelin 21-də və 29-da baş tutacaq yarımfinalın digər cütü bir gün əvvəl bəlli olub. “Qəbələ”ni hər iki görüşdə (3:1, 3:0) məğlub edən “Qarabağ” “Səbail”i səfər qolları ilə keçən “Sumqayıt”la (0:1, 2:1) görüşəcək.

 

Azərbaycan kuboku
1/2 final
(21/29 aprel)

"Sumqayıt" – "Qarabağ"
“Keşlə” -  “Zirə”

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza