Modern.az

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” - Məsut Özil

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” - Məsut Özil

Aktual

7 Fevral 2021, 23:48

“Komandamla çıxdığım ilk oyunların daha fərqli nəticə ilə başa çatmasını istərdim. Dünənki məğlubiyyətə görə hamımız çox pərişanıq".

 

Modern.az xəbər verir ki, bunu özünün feysbuk səhifəsində “Fənərbağça”nın ulduz oyunçusu Məsut Özil yazıb.

 

 

"Amma mən “Fənərbağça”ya komanda yoldaşlarım və azarkeşlərimizlə birlikdə qələbələr və kuboklar qazanmaq üçün gəlmişəm. Yolumuz uzundur və inşallah, sonu çempionluq olacaq. Bunun üçün daim əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə M.Özil bildirib.

 

Qeyd edək ki, ötən gün futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçirilib.

FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza