Modern.az

Rəsmi Tehrandan ABŞ-a cavab

Rəsmi Tehrandan ABŞ-a cavab

8 Fevral 2021, 00:55

“Ali Rəhbərin açıq şəkildə dediyi kimi, biz də öz tərəfimizdən Birgə Hərtərəfli Fəaliyyət Planını ABŞ-ın pozduğunu söyləyirik".

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli “IRIB TV2” televiziya kanalının efirində bildirib. 

 

Nazir deyib ki, rəsmi Tehran Donald Trampın sözügedən müqaviləni pozduqdan sonra bunu bir il müddətində həyata keçirməyə davam edib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bildirib ki, İran nüvə razılaşması ilə əlaqədar danışıqlar masasına qayıtdığı təqdirdə ilkin olaraq sanksiyaları ləğv etməyəcəklər. Bayden əlavə edib ki, İran əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza