Modern.az

“Barselona” səfərdə qələbə qazandı

“Barselona” səfərdə qələbə qazandı

8 Fevral 2021, 01:56

İspaniya La Liqasının 22-ci turunda “Barselona” səfərdə “Real Betis”lə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, matçda ilk qolu 38-ci dəqiqədə ev sahiblərinin oyunçusu Borja İqlesias vurub.

 

Oyunun ikinci hissəsinin 57-ci dəqqiqəsində meydana çıxan Lionel Messi iki dəqiqə sonra tarazlığı bərpa edib – 1:1.

68-ci dəqiqədə “Betis”in oyunçusu Viktor Ruiz avtoqolla yadda qalıb. Komandasını hesabda geridə qoyan Ruiz 7 dəqiqə sonra bərabərlik qolunu vurub – 2:2.

Matçın 87-ci dəqiqəsində “Barselona” Fransisko Trinkaonun qolu ilə yenidən önə çıxıb.

 

Oyun “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, bu qələbə ilə aktivinə növbəti 3 xalı yazdıran “Barselona” 43 xalla turnir cədvəlində yenidən 2-ci pilləyə yüksəlib. "Real Betis" isə 30 xalla 7-ci pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza