Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda səfərdədir.
Modern.az-ın məlumatına görə, bu barədə Vendi Morton "Twitter" hesabında paylaşım edib.
Səfər çərçivəsində britaniyalı nazir bir sıra rəsmi görüşlər keçirəcək.
“Salam Bakı, Azərbaycan! Azərbaycana səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”, - Vendi Morton tvitter səhifəsində yazıb.