Modern.az

“Milli Prioritetlər” cəmiyyətin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək

“Milli Prioritetlər” cəmiyyətin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək

Aktual

8 Fevral 2021, 10:00

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi növbəti 10 illik ərzində  inkişaf etmiş güclü dövlətimizin gələcəyindən milli maraqlarlarından, yeni siyasi-iqtisadi reallığın, iqtisadi tərəqqinin ölkənin güclənməsi və xalqın rifah halının yaxşılaşdırılmasının təmin etməsindən xəbər verir. Dövlətimizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu eyni zamanda çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir və dövlətimizin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. “Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişafın tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyacaqdır. 44 günlük müharibə nəticəsində 28 illik İşğaldan azad olunmuş regionlarımızın faydalı qazıntılarla zəngin olması, kənd təsərrüfatının və turizmin inkişafı üçün yüksək potensialın, habelə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün münbit şəraitin mövcudluğu respublikamızın inkişafına çox böyük təsir edəcəkdir.

 

Azərbaycanın 2020-ci ildə mühüm nailiyyətlərə imza atması ölkədə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü, konkret hədəflərə hesablandığını və regionun yeni siyasi və iqtisadi mənzərəsinin formalaşmasını nümayiş etdirir. Ölkəmiz Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilən, bütün sahələrdə sürətlə modernləşən dövləti  kimi tanınanacaqdır.

 

İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, o yerlərin iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

 

İqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənməlidir. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Azərbaycanda bazar münasibətləri tələblərinə uyğun dayanıqlı və tarazlı iqtisadiyyatın formalaşması respublika iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya etməsi üçün öncə ölkədə maliyyə sabitliyinin təmin olunması lazımdır. Xarici ticarətdə rəqabət qabiliyyətli olmaq və ticarətdən daha çox fayda əldə etmək üçün Azərbaycan öz iqtisadiyyatını beynəlxalq əmək bölgüsünün tələblərinə uyğun olaraq diversifikasiya etməli və struktur dəyişiklikləri aparmalıdır. Həmin dəyişikliklər elmi baxımdan əsaslandırılmış tədqiqat və təhlillərin nəticələrinə söykənməlidir. İqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan yaratmalıdır. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmalıdır.

 

Azərbaycanda ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir və bu istiqamətdə təşəbbüslər dövlət tərəfindən dəstəklənir. İnsan kapitalının keyfiyyətinin yüksəldilməsi və ondan səmərəli istifadə elmin və biliktutumlu istehsal (xidmət) sahələrinin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə ciddi təsir göstərir. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması və müəllimin nüfuzunun artırılması istiqamətindəki təşəbbüslər dəstəklənməlidir. Təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdirilməlidir. Elmin inkişafı yüksək keyfiyyətli insan kapitalının formalaşdırılmasında, istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsində, əmək məhsuldarlığının artırılmasında strateji əhəmiyyət kəsb edir. Azərbaycanda elmin inkişafı, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, tədqiqatların nəticələrinin istehsala tətbiqinin təşviqi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

 

İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətləri olmalıdır.

 

Elnur Əmiraslanov, Sabirabad Regional Mədəniyyət İdarəsinin 

Hacıqabul rayon üzrə nümayəndəsi 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza