Bir sıra xəbər saytlarda yayılmış guya “Daşkəsəndə korrupsiya əməliyyatı keçirilib” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Modern.az-a bildirilib ki, rayonun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu ilə ləğv edilib Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2015-ci ilədək işləmiş sabiq müdiri Mehdiyev Şahbaz Əliş oğlu 2007-ci ildə aparılmış torpaq sənədləşdirilməsinə dair vətəndaş Əliyev Cəlal Məhəmməd oğlunun şikayəti əsasında Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarı ilə saxlanılıblar.
Ə.Abıyev qeyd edib ki, birmənalı olaraq bildiririk ki, Daşkəsən rayonunda korrupsiya əməliyyatının keçirilməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir.