Modern.az

Çində “ağıllı” raket orbitə buraxıldı

Çində “ağıllı” raket orbitə buraxıldı

8 Fevral 2021, 19:21

Çinin One Space Technology özəl şirkəti özünün hazırladığı “ağıllı” OS-X6B raket daşıyıcının buraxılışını uğurla həyata keçirib.

 

Modern.az xəbər verir ki, Chongqing Liangjiang Star adı ilə populyarlaşan raketin uzunluğu 9,4 metrdir. Onun komponentləri 3D çap texnologiyasının köməyi ilə hazırlanıb. Maksimum orbit hündürlüyü 300 kilometrə qədərdir.

 

Son texnologiyalar əsasında konstruksiya edilən raketin uçuşuna nəzarət xüsusi planşet qurğu ilə həyata keçirilir. Bütün proses kompüterləşdirilib. Raket məsafədən idarə olunur, lakin mühərrikdə nasazlıq yaranarsa, avtonom rejimdə də fəaliyyət göstərə bilir.

 

Yeni texnologiyalar sayəsində şirkətin əməkdaşları OS-X6B raketinin uçuş trayektoriyasını və olduğu yeri real zamanda izləyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza