Xristian dininə aid adətlərə əməl edilməsi Rumıniyada 6 həftəlik körpənin ölümünə səbəb olub.
Modern.az xəbər verir ki, rahib tərəfindən vəftiz (Xaç suyuna salmaq) edilən körpənin ciyərlərinə su dolub. Valideynləri suyu çıxarmağa çalışıb, lakin cəhd baş tutmayıb. Daha sonra körpə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hazırda rahibə cinayət işi açılıb.