Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Mübariz Hümbətovu minik maşını vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (apa).