Modern.az

Paytaxtda gənc qızı maşın vurdu

Paytaxtda gənc qızı maşın vurdu

9 Fevral 2021, 01:40

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Rüstəmzadə Nazlı Ruhid qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qarnın küt travması diaqnozları qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza