Modern.az

Azad edilmiş bölgələrə gedəcək sahibkarlar dəstəklənəcək - Sədr

Azad edilmiş bölgələrə gedəcək sahibkarlar dəstəklənəcək - Sədr

9 Fevral 2021, 12:04

İşğaldan azad edilmiş bölgələr əvvəlcə minalardan təmizlənməli, sosial və fiziki infrastruktur qurulmalıdır. Bölgədə normal yaşayış üçün şərait yaradılanda orada fəaliyyət göstərmək istəyən sahibkarlara hazırda əlimizdə olan bütün dəstəyi verməyə hazırıq.

Modern.az-ın məlumatına görə, bunu Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlarla bağlı danışarkən bildirib.

K.Nəcəfovun sözlərinə görə, bununla bağlı müəyyən proqramlar üzərində iş getsə də, tam hazır olanı yoxdur:

“Amma nəzərə almaq lazımdır ki, sahibkarların bölgədə fəaliyyətə başlamasına qədər görüləcək işlərin həyata keçiriləsi üçün kifayət qədər vaxt lazımdır. Düşünürəm ki, biz də həmin müddətdə lazımi işlər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza