Modern.az

Hərbi Prokurorluq 4 hərbçimizin minaya düşməsini ARAŞDIRIR

Hərbi Prokurorluq 4 hərbçimizin minaya düşməsini ARAŞDIRIR

9 Fevral 2021, 15:14

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanıb.

 

Modern.az-ın məlumatına görə, Hərbi Prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunub, hadisənin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi ilə bağlı lazım olan tədbirlər görülüb. Hazırda faktla bağlı Hərbi Prokurorluqda araşdırmalar davam etdirilir.

 


Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

 

 İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza