Modern.az

Dövlət Agentliyi 155 obyektdə pozuntular aşkarladı

Dövlət Agentliyi 155 obyektdə pozuntular aşkarladı

9 Fevral 2021, 17:14

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4-8 fevral tarixlərində agentlik əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1 977 ictimai iaşə müəssisəsində 3 251 monitorinq həyata keçirilib. Monitorinq keçirilən 155 ictimai iaşə müəssisəsində qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!