Modern.az

Salyanda 38 yaşlı kişi itkin düşüb - FOTO

Salyanda 38 yaşlı kişi itkin düşüb - FOTO

9 Fevral 2021, 21:04

Salyan rayonunda 38 yaşlı kişi itkin düşüb.

 

Modern.az xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədov Niyaməddin Məzahim oğlu ötən il dekabrın 30-u saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.

 

Yaxınlarının dediyinə görə, N.Məmmədov Salyanın avtovağzal ərazisində meyvə satmaqla məşğul olub. Həmin gün ona zəng gəlib, dükanda işləyən Rəşad adlı şəxsə satdığı meyvələri tapşırıb, mən getdim, ola bilsin, qayıtmadım deyib. Bu günə kimi ondan heç bir məlumat yoxdur. Bu barədə Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

N.Məmmədovu görənlərdən Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri və ya 055 623 69 76 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir (report).

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza