Modern.az

Rusiya İranla birgə peyvənd istehsal edəcək

Rusiya İranla birgə peyvənd istehsal edəcək

10 Fevral 2021, 22:07

Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

 

“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə iranlı diplomat vurğulayıb.

 

Qeyd edək ki, dünəndən İranda Rusiyanın “Sputnik V”dən istifadə edilməklə əhalinin peyvəndlənməsinə başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza