Modern.az

“Qalatasaray” da kubokla vidalaşdı

“Qalatasaray” da kubokla vidalaşdı

10 Fevral 2021, 23:50

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, evdə "Alanyaspor"la qarşılaşan "Qalatasaray" gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzub.

 

Qonaqların heyətində qolları 30 və 48-ci dəqiqələrdə Kuma Babakar, 41-ci dəqiqədə Salih Uçan vurub. Meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Mustafa Məhəmməd, 90+4-cü dəqiqədə Jedson Fernandeş fərqlənib.

 

Bu nəticədən sonra "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.

 

Qeyd edək ki, dünən evdə "Başakşəhər"ə 1:2 hesabı ilə uduzan "Fənərbaxça" da ölkə kuboku ilə vidalaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza