Modern.az

Messi 900-cü rəsmi matçına çıxıb

Messi 900-cü rəsmi matçına çıxıb

Aktual

11 Fevral 2021, 01:33

"Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

 

34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

 

Messi 41-ci dəfə "Sevilya" ilə oyunda iştirak edir. Ulduz futbolçu bu rəqiblə qarşılaşmalarda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza