Modern.az

Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır

Teymur Rəcəbov yarımfinalda mübarizəyə başlayır

Aktual

11 Fevral 2021, 09:17

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirəcək.

 

Modern.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

 

Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

 

Yarımfinal görüşləri əvvəlki raund kimi iki gün davam edəcək. Onlar hər gün 4 oyun keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

 

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı sınağa çəkəcək.

 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza