Modern.az

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

11 Fevral 2021, 13:08

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq:

 

“Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək”.

 

D.Zalkaliani bildirib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu