Modern.az

Məhkəmə islahatları yekunlaşdı?..

Məhkəmə islahatları yekunlaşdı?..

11 Fevral 2021, 15:10

Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixində məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.


Maraqlıdır, hazırda məhkəmə islahatlarında son vəziyyət necədir?

Modern.az əməkdaşı bu barədə hüquqşünasla danışıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadənin sözlərinə görə, məhkəmə islahatları hələ  davam etdirilməlidir:


“Cənab prezidentin məhkəmə-hüquq sahəsində islahatlarla bağlı 3 aprel 2019-cu il tarixli fərmanın icrası davam edir. Düzdür, müəyyən qədər hakim korpusu formalaşıb, əlavə 2-3 ştat verilib və yeni məhkəmələr yaradılıb. Keçirilən hüquqi və kadr islahatları davam edir. Düşünürəm ki, bu sahədə görülməli işlər çoxdur”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev:


“Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il fərmanı məhkəmə sistemində islahatların dərinləşməsi ilə əlaqəli olmuşdu. Fərmanda məhkəmələrin nüfuzunun artırılması ilə bağlı 40-a yaxın tədbir nəzərdə tutulmuşdu. Müxtəlif qurumlar qarşısında bir sıra vəzifələr müəyyənləşdirilmiş və bəzi qurumlara tövsiyələr verilmişdi. Kommersiya məhkəmələrinin yaradılması məsələsi ortaya qoyulmuşdu. Artıq həmin məhkəmələri fəaliyyətdədir.

Qeyd etmək lazımdır ki, alternativ icra qurumlarının da yaradılması ilə bağlı məsələlər var idi. Hazırda bununla bağlı İcra Məcəlləsi hazırlanır. Ümid edirəm ki, Milli Məclisin bu yaz ssesiyasında müzakirəyə çıxarılacaq.

Ümumillikdə, islahatlar davam edir, bir çox işlərin təklifi hazırlansa da, hələ öz həllini tapmayıb”.

Fidan İlqarqızı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu