Modern.az

Qatlana bilən iPhone satışa çıxarılacaq

Qatlana bilən iPhone satışa çıxarılacaq

11 Fevral 2021, 16:04

"Apple" qatlana bilən iPhone mövzusunda yeni xəbərlərlə gündəmə gəlib. Şirkətin iki fərqli prototip model üzərində işlədiyi bildirilir.

 

Modern.az xəbər verir ki, birinin "Microsoft Surface Duo" kimi iki ekrana sahib olduğu, digərinin isə Samsung Galaxy Z Flip kimi şaquli olaraq qatlana biləcəyi qeyd edilir. Şirkətin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyi bildirilsə də, telefonu bir neçə canlı rəngdə təqdim edəcəyi gözlənilir.

 

Hətta keçən ay şirkət daxilində prototip testlərinin başlandığı barədə məlumat yayılmışdı. İndi isə qatlanan iPhone prototipinin hələ istehsal olunmadığı bildirilir.

 

Məlumatlara görə, model 2022-ci ildə satışa çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu