Bu yaxınlarda erməni girovluğundan azad olunmuş olmuş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a atasının son durumundan danışıb:
“Dilqəm Əsgərov ölkəyə gətirildikdən sonra pandemiya ilə əlaqəli olaraq 14 gün karantində qaldı. Hazırda atamın səhhəti ilə bağlı ciddi problemi yoxdur. Amma ağzında dişləri yox dərəcəsində idi, dişlərini müalicə etdiririk”.
Kürdoğlu Əsgərovun sözlərinə görə, atasının arzusu Kəlbəcəri ziyarət etmək dir:
“Atam evimizə gəldiyi gündən ən çox nəvələri ilə vaxt keçirir. Evə gələn qonaqları qarşılayır.
Arzu edir ki, havalar mülayimləşəndən sonra Kəlbəcəri ziyarət etsin”.
Qeyd edək ki, 2014-cü ildən erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmadan sonra azad edilib.
O, hazırda Şəmkir rayonunda yaşayır.
Fidan İlqarqızı