Modern.az

Qubada hava limanı və dəmir yolu vağzalı tikilə bilər

Qubada hava limanı və dəmir yolu vağzalı tikilə bilər

11 Fevral 2021, 17:16

Quba rayonunda hava limanı və dəmir yolu vağzalının inşası nəzərdə tutulub.

 

Bu barədə Modern.az-a Quba Rayon İcra Hakimiyyətindən bildirilib.

 

Məlumata görə, hazırda bu istiqamətdə mütəxəsislər iş aparır, lakin hələ ki, yekun rəsmi qərar yoxdur.

 

Hökumət razılıq versə, yeni hava limanı modul tipli elektrik yarımstansiyasının arxasında, Şahdağ Qış-Yay Turizm Kompleksinə gedən yol istiqamətində tikiləcək. Dəmir yolu vağzalının mümkün yeri isə hələ ki, məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu