Modern.az

Cəlilabadda narkotacirlər saxlanıldı

Cəlilabadda narkotacirlər saxlanıldı

11 Fevral 2021, 17:56

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

 

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Ələsgərov saxlanılıb.

 

Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla E.Ələsgərova narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini R.Fərəcov olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkarlanıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin narkotik vasitə və psixotrop maddəni R.Fərəcova satan şəxsin Cəlilabad şəhər sakini İ.Hüseynli olduğu müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu