Modern.az

Polis əməkdaşları peyvənd olunur

Polis əməkdaşları peyvənd olunur

12 Fevral 2021, 11:07

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb.

 

Modern.az xəbər verir ki, məlumatına görə, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

 

Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.

 

Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu