Modern.az

Prezidentin digər ərazilərdə də xüsusi nümayəndələri təyin oluna bilər - Əli Hüseynli

Prezidentin digər ərazilərdə də xüsusi nümayəndələri təyin oluna bilər - Əli Hüseynli

12 Fevral 2021, 11:55

“19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndəlikləri təsis olundu, qısa müddətdə əsasnamə təsdiq edildi”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Birinci vitse-spiker Əli Hüseynli deyib. 

O, xüsusi nümayəndələrin Prezident Administrasiyasının əməkdaşları olduğunu xatırladıb:

“Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də “Dövlət qulluğu haqqında” qanuna da dəyişiklik təklif edilir. Bu institut hələ ki sadəcə, işğaldan azad edilmiş yerlərdə yaradılır. Özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu yaradılsın".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi