Modern.az

Deputatdan YAŞAT Fonduna ianə köçürmək ÇAĞIRIŞI

Deputatdan YAŞAT Fonduna ianə köçürmək ÇAĞIRIŞI

12 Fevral 2021, 12:07

“Mən YAŞAT Fondunun fəaliyyətinə də toxunmaq istərdim. Çox sevindirici haldır ki, qısa müddət fəaliyyət göstərməyinə baxmayaraq, YAŞAT Fondu yüzlərlə şəhid ailəsinin və qazilərimizin bir çox sosial problemlərini və müalicə ilə bağlı məsələlərini operativ və şəffaf şəkildə həll edib”.


Modern.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Azay Quliyev bildirib.

Onun sözlərinə görə, ağır yaralanan və müalicəsi Bakıda çətin olan qazilərimizin bir qisminin Türkiyədə müalicəsinin təşkili, xaricdə təhsil alan şəhid övladlarının təhsil haqlarının ödənilməsi, şəhid ailələrinin banklara olan borclarının YAŞAT Fondu tərəfindən qarşılanması xüsusi qeyd edilməlidir:


“Fürsətdən istifadə edib belə bir Fondunun yaradılması kimi nəcib təşəbbüslə çıxış edən cənab Prezidentə, bu Fonda ianə edən bütün vətəndaşlarımıza, iş adamlarına təşəkkür edirəm.

Bu Fond bizim ümumilli həmrəyliyimizin yeni bir simvoluna çevrilib və əminəm ki, bundan sonra da hər bir azərbaycanlı bu fonda ianə köçürməklə şəhid ailələrinə və qazilərimizə ümumxalq dəstəyini davam etdirəcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi