Modern.az

“Avropa İnsan Haqları Konvensiyasının 13 saylı protokoluna qoşula bilərik”

“Avropa İnsan Haqları Konvensiyasının 13 saylı protokoluna qoşula bilərik”

12 Fevral 2021, 13:00

“Təklif edirəm ki, Avropa İnsan Haqları Konvensiyasının 13-cü protokoluna qoşulmağımız müzakirə olunsun”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin I vitse-spikeri Əli Hüseynli deyib.

Deputat 44 günlük Vətən müharibəsinin sona çatdığını və qalib xalq olduğumuzu diqqətə çatdırıb: 


“Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən və müharibədə qalib gəldikdən sonra bizim Avropa İnsan Haqları Konvensiyasının 13 saylı protokoluna qoşulmağımız məsələsi müzakirəyə çıxara bilər. Bu mənim şəxsi təşəbbüsümdür”.


Əli Hüseynli qeyd edib ki, Konstitusiyada əksini tapmış “ölüm hökmü tam ləğv olunanadək ifadəsi” mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 13-cü protokol insan haqlarının müdafiəsi və bütün şəraitlərdə ölüm hökmünün ləğvinə münasibətdə əsas azadlıqlar haqqında sənəddir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi