Ermənistan cəmiyyətinin post- müharibə sarsıntıları davam etməkdədir.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev öz Facebook səhifəsində paylaşıb.
10 noyabdan bu günədək Məyusluq, Qəzəb və Qisas mərhələlərini sürətlə keçən ermənilər artıq Reallığın Dərk Edilməsi ərəfəsindədirlər. Aşağıdakı videoda erməni insan haqları müdafiəçisinin emosional çıxışı məhz bu fazanın başlandığını göstərir.