Modern.az

Gürcüstanda azərbaycanlı sabiq deputatın evini qarət edən şəxs saxlanıldı

Gürcüstanda azərbaycanlı sabiq deputatın evini qarət edən şəxs saxlanıldı

Aktual

14 Fevral 2021, 14:07

Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanovun evini qarət edən 1993-cü il təvəllüdlü İ.C. adlı şəxs saxlanılıb.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

 

Saxlanılan şəxsin əvvəllər oğurluğa görə məhkum olunduğu və hazırda probasiya nəzarətində olduğu müəyyən edilib.

 

İstintaqla müəyyən edilib ki, həmin şəxs fevralın 13-də Marneulidə A.Süleymanovun evinin həyətindən müxtəlif əşyalar oğurlayıb. O, fevralın 7 və 9-da da həmin ərazidə qarət törədib.

 

Həmin şəxsin Marneulidə daha 3 vətəndaşın evindən oğurluq etdiyi də müəyyənləşdirilib.

 

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi müsadirə olunub.

 

Faktlarla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

 
 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu